Bakıda tələbə qızın faciəli ölümü

12 Fevral, 2020 11:44 | Hadisə | Baxış sayı: 139
Təbii qaz
Təbii qaz

III kurs tələbəsi qazdan boğuldu

Bakıda III kurs tələbəsi dəm qazından zəhərlənərək ölüb. Hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evlərinin birində qeydə alınıb.

Belə ki, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızı yaşadığı evdə dəm qazından boğulub. 

N.Bayramova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.