Bakıda iş adı ilə pul yığan "biznes ledi" ilə bağlı son xəbər

12 Fevral, 2020 13:50 | Hadisə | Baxış sayı: 122
Mətanət-Süleymanzadə
Mətanət-Süleymanzadə

"Hazırda o saxlanılmayıb"

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-dən verilən məlumata görə, vətəndaşlardan daxil olan müracətlər üzrə Xətai RPİ İstintaq şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda o saxlanılmayıb.

Xatırladaq ki, adıçəkilən qadın işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır. Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl “Topstaff” və “MAcstaff” adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.