Azərbaycanda bir gündə iki nəfər diri-diri yandı

12 Fevral, 2020 11:29 | Hadisə | Baxış sayı: 36
Yanğınsöndürən
Yanğınsöndürən

Şəmkirdə gözətçinin otağı, Ağsu da isə yaşlı kişinin evi kül oldu

Azərbaycanda ötən gün baş verən yanğınlar nəticəsində iki nəfər ölüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkirdə rayonun Qədimqala kəndində, istixana ərazisində gözətçi otağı yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Ağsu rayonunun Xatman kəndində isə evdə yanğın başlayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Abulov Akif Xudaverdi oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, ötən gün Şəmkir və Gədəbəydə baş verən yanğınlarda iki qadın da ölmüşdü.