Ata doğma oğlunu öldürdü

12 Fevral, 2020 13:34 | Hadisə | Baxış sayı: 80
Qandal
Qandal

Qətli törədən V.Cəfərovi polis saxlayıb

Ağcabədi rayonunda ata oğlunu qətlə yetirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində baş verib.

Adıçəkilən kənddə yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.