Rayondan gəlib Bakıda qızını öldürdü - MƏHKƏMƏ

12 Fevral, 2019 17:35 | Hadisə | Baxış sayı: 193
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan İlqar Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İstiPress-in məlumatına görə, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, H.Zərdabi küçəsində baş verib. Masallı rayonu, Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək metronun “20 Yanvar” stansiyasının yaxınlığında qızı - 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olublar. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

İ.Qurbanov polis əməkdaşlarına bildirib ki, rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün Bakıya gəlib.