Bakıda ər arvadını qətlə yetirdi

12 Fevral, 2019 11:29 | Hadisə | Baxış sayı: 105
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib

Bakıda kişi arvadını qətlə yetirib.

İstiPress-in məlumatına görə, paytaxtın Binəqədi rayonunda 49 yaşlı Tufan Qurbanov həyat yoldaşı 40 yaşlı Lalə Qurbanovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb. T.Qurbanov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.