Azərbaycanda qadın abort zamanı dünyasını dəyişdi

12 Fevral, 2019 14:57 | Hadisə | Baxış sayı: 181
Əməliyyat zamanı
Əməliyyat zamanı

Qadının 3-cu hamiləliyi olub

 Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 

İstiPress-in məlumatına görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. 

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.