Avtomobil yolu keçən piyadanı vurub öldürdü

12 Fevral, 2019 12:29 | Hadisə | Baxış sayı: 53
Təcili yardım maşını
Təcili yardım maşını

Piyada xəstəxanaya aparılan zaman yolda ölüb

Göygöldə yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.

İstiPress-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “UAZ” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bu zaman hərəkətdə olan “KAMaz” da “UAZ”a çırpılıb. Ağır bədən xəsarətləri alan yaşı təxminən 60-65 olan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Hazırda hadisənin təfərrüatı və ölən şəxsin kimliyi müəyyənləşdirilir.