Azərbaycanda satıcı özünü işlədiyi dükanda asdı

12 Fevral, 2018 17:28 | Hadisə | Baxış sayı: 569
İntihar
İntihar

Onun meyiti kirayə yaşadığı evdə tapılıb

Xaçmazda bu səhər qeydə alınan intiharın ilkin təfərrüatları məlum olub.

İstiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, 36 yaşlı Səxavət Alik oğlu Cəbrayılov satıcı işlədiyi, şəhərin N.Nərimanov küçəsində yerləşən "Yelkən" kişi geyimləri mağazasında özünü bel kəmərilə asıb.

Hadisə səhər saat 9-da baş verib. Mərhumun özünü öldürməsi barədə ailəsində məktub yazıb qoyması şifahi deyilsə də, bu məktub barədə hüquq-mühafizə orqanlarında rəsmi məlumat yoxdur.

Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci( özünü öldürmə) maddəsilə cinayət işi açılıb.

12:35

Xaçmazda kişi özünü öldürdü. İstiPress-in Şimal bürosunun məluma tına görə, bu gün saat 10.40 radələrində Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə 34 yaşlı gəncin meyiti gətirilib.

Onu asılmış meyiti şəhərin N.Nərimanov küçəsində kirayə yaşadığı evdə tapılıb. Araşdırmadan sonra bəlli olub ki, meyit Səxavət Alik oğlu Cəbrayılova məxsusdur.

Onun hansı səbəbdən özünü öldürməsi barədə məktub da tapılıb. Xaçmaz prokurorluğunda araşdırma başlanılıb, hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədirlər.