Partlayan təyyarədə olan azərbaycanlı kimdir? YENİLƏNİB

12 Fevral, 2018 11:11 | Hadisə | Baxış sayı: 514
Təyyarənin qalıqları
Təyyarənin qalıqları

Qəhrəmanov Namiq İnayət oğlu Yevlaxdandır

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanalı haqqında məlumat yayaıb. Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılıb.

Təyyarə qəzasında həlak olduğu bildirilən 1971-ci il 5 may təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.

Saat 09:45

Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu təsdiqlənib. İstiPress-in Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, o 05.05.1971-ci ildə anadan olub. 

47 yaşlı sərnişin Omskda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. Azərbaycan vətəndaşı N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiyada 3 illik yaşamaq icazəsi olan  N. Qəhrəmanovun Orskda tikiş sexi olub. 

Xatırladaq ki, qəza Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində baş verib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan bir neçə sonra radarlardan itib. Təyyarə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş. Təyyarədə olanların hamısı ölüb.