Rusiyada qəzaya uğrayan təyyarədə azərbaycanlı, deputat da olub FOTOLAR

12 Fevral, 2018 08:15 | Hadisə | Baxış sayı: 722
Rusiyada qəzaya uğrayan təyyarənin axtarışı
Rusiyada qəzaya uğrayan təyyarənin axtarışı

Təyyarənin qalıqları 1 km radiusda səpələnib

Ötən gün Moskva vilayətinin Ramenski rayonunda qəzaya uğramış "An-148" təyarəsinin sərnişinlərinin arasında azərbaycanlı da var. İstiPress-in məlumatına görə, sərnişin və heyyətin tam siyahısı dərc olunub. 

Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.

Sərnişlər arasında Norilsk şəhər şurasının deputatı Sergey Pançenko, "Admiral" hokkey klubunun hücumçusu Sergey İlinanın rəfiqəsi Darya Tolmasova da olub. Gən qızın 22 yaşı var idi. 

Qəza baş verən ərazidə dərinliyi metr yarıma çatan  dəlik meydana gəlib. "Təyyarənin qalıqları və meyitlərin fraqmentləri aşkar edilib", deyə hadisə yerinə ilk çatan 127-ci xilasetmə dəstəsinin rəhbəri Aleksey besedin deyib. Onun sözlərinə görə, hadisə yerinə çatamaq olduqca çətin olub. Belə ki, xilasedicilər uzun məsafəni piyada qət etməli olublar. Onların maşınları qarda qalıb. "Bəzi yerlərdə qar gövdəyə kimi olub. Güclü külək və qar yağışı da mane olub".

Xatırladaq ki, qəza Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində baş verib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan bir neçə sonra radarlardan itib. Təyyarə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

Təyyarənin qalıqları 1 km radiusda səspələnib. Artıq xilasedicilər bir neçə nəfərin meyitini tapa biliblər. 

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov qəza nəticəsində sağ qalanın olmadığını bildirib. Onun sözlərinə görə, meyitlərin şəxsiyyətini müəyyən etmək üçün isə ekspertiza təyin olunmalıdır.

Qəza anı ərazidəki müşahidə kameralaırndan birinə də düşüb. Görüntülərdən aydın olur ki, təyyarə yerə çırpılandan sonra güclü partlayış baş verib və o yanmağa başlayıb. 

Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır. Sinotpiklər bunun son yüz ildə müşahidə edilən ən sərt qış olduğunu açıqlayıblar. 

Təyyarənin qalığı
Təyyarənin qalığı