ABŞ-dan Rusiyaya başsağlığı

12 Fevral, 2018 08:58 | Hadisə | Baxış sayı: 37
Qəzaya uğrayan təyyarənin qalığı
Qəzaya uğrayan təyyarənin qalığı

Ərdoğan da ruslara səbr dilədi

Rusiya ötən gün baş vermiş təyyarə qəzası ilə başsağlıqlarını qəbul edir. Ağ ev Rusiyada baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Ağ evin mətbuat katibi Sara Sanders rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, ABŞ göyərtəsində 71 nəfərin olduğu "An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. "ABŞ təyyarədəkilərin faciəli ölümündən dərin təəssüf hissi keçirir. Biz onların yaxınların, bütün Rusiya xalqına başsağlığı veririk". 

Başsağlığı verənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Ərdoğan qəzada həyatını itərnlərin yaxınlarına səbr arzulayıb. 

Xatırladaq ki, qəza Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində baş verib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan bir neçə sonra radarlardan itib. Təyyarə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

R.T.Ərdoğan
R.T.Ərdoğan