Ata-oğulun maşını körpüdən asdı

12 Yanvar, 2020 12:26 | Hadisə | Baxış sayı: 292
Avtomobil qəzası
Avtomobil qəzası

Sürücünün vəziyyəti daha ağırdır

Quba sakini olan ata-oğul Qusarda qəzaya düşdü.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə yanvarın 11-i axşam saatlarında Qusar şəhərində baş verib.

Qubanın Alpan kənd  sakini, 32 yaşlı Ayaz Nasir oğlu Əzizov idarə etdiyi Vaz-21099 markalı avtomaşınla hərəkətdə olarkən avtomobil Qusar şəhərinin girəcəyindəki körpüdən aşıb.

Nəticədə sürücü Ayaz  Əzizov kəllə-beyin travması, yanındakı sərnişin, atası, 57 yaşlı Nasir Sultanməcid oğlu Əzizov diz qapağının sınığı dioqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Sürücü Ayaz Əzizov sükan arxasında sıxılı vəziyyətdə qaldığından onu 112 qaynar xətt vasitəsilə hadisə yerinə çağrılan GHN-nin xilasediciləri çıxarıb.

Qəzanın başvermə səbəbi Qusar polis şöbəsində araşdırılır.