Türkiyədə yenə qatar qəzası oldu

12 Yanvar, 2019 11:53 | Hadisə | Baxış sayı: 32
Qəza
Qəza

Sınaq qatarı dəmiryolu yeniləmə qurğusuna çırpıldı

Türkiyədə qatar qəzası baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İstanbul Floryada Halkalı - Sirkeci Banliyö xəttində sınaq səfəri edən Marmaray qatarı dəmiryolu yeniləmə qurğusuna çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb. 

Hadisə səhər saat 09 radələrində meydana gəlib. 

Valilikdən verilən məlumata görə, yaralılardan biri əzilən vaqonda çıxılmaz vəziyyətdə qalıb. Onu xilasedicilər çıxara biliblər. Yaralılar xəstəxanalara yerləşdiriliblər. 

Xatırladaq ki, ötən ilin sonunda da Türkiyədə kütləvi insan ölümü ilə nəticələnən ağır qatar qəzası baş vermişdi. Ankara-Konya reysi ilə hərəkət edən yüksək sürətli qatar Marşandiz stasiyasında yoldakı lokomotivə, daha sonra isə yerüstü keçidə çırpılmışdı.