Qar altında qalan keçi belə xilas edildi VİDEO

12 Yanvar, 2019 11:25 | Hadisə | Baxış sayı: 91
Qarlı hava
Qarlı hava

Güclü qar Avropada həyatı iflic edib

Avropada hökm sürən qarlı və şaxtalı hava şəraiti nəinki insanların, o cümlədən heyvanların da həyatını çətinləşdirib. Avstryada qatar maşinistləri hündürlüyü bir neçə metrə çatan qarın altında qalan keçini xilas ediblər.

Qatar idarə edən maşinistlər qarın bir hissəsinin hərəkətli olduğunu görüblər. Onlar dərhal kürək götürərək həmin yeri qazmağa başlayıblar. Bir neçə kürək qardan sonra heyvanın buynuzları görünüb. Qardan xilas olan heyvan dərhal qaçaraq gözdən itib. 

Xatırladaq ki, Avstryada qarın hündürlüyü 3 metrə çatıb. 

Avropanı cənginə alan qış hərəkəti də iflic edib. Güclü qara görə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb Bəzi ölkələrdə isə məktəblərdə tətil elan edilib. Belə hava şəraitit insan təlafatına da yol açıb. Son hesablamalara görə, 20-yə yaxın insan ölüb.