Kanadada avtobus dayanacağa girdi, ölənlər var

12 Yanvar, 2019 09:25 | Hadisə | Baxış sayı: 23
Kanada polisi
Kanada polisi

İkimərtəbəli avtobus qəzasına yolların buz bağlaması səbəb olub

Kanadada avtobus sürücüsü dayanacağa girib. Hadisə paytaxt Ottavada qeydə alınıb. İkimərtəbəli marşrut avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Onlardan bəzilərinin xəsarətləri ağırdır.

Şəhər meri Cim Uotsonun məlumatına görə, ölənlərdən ikisi avtobusda, biri isə dayanacaqda dayanan şəxs olub. Qəza zamanı ikinci mərtəbə əzildiyi üçün oradakı sərnişinləri çıxarmaq uzun çəkib. 

Sərnişinlərdən birinin sözlərinə görə, sürücü onlara qəzadan bir necə saniyə öncə təhlükə barədə xəbərdarlıq edib. "Möhkəm dayanın, qəza olacaq. Burada hələ bir müddət qalmalı olacağıq". 

İlkin ehtimala görə, qəzaya səbəb yolların buz bağlaması olub. Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb.