Gəncədə qəribə hadisə - hamilə olduğunu doğuşda bildi

12 Yanvar, 2019 10:14 | Hadisə | Baxış sayı: 952
Yenidoğulan körpə
Yenidoğulan körpə

Mədəsi ağrıdığı üçün həkimə gedən qadın 23 il sonra qız anası olub

Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib. İstiPress-in “qafqazinfo”ya istinadla verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub. 

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.