Bu dəfə həkimlər xəstənin özünü unutdular

12 Yanvar, 2019 09:15 | Hadisə | Baxış sayı: 94
Əməliyyat
Əməliyyat

Xəstə 5 saat əməliyyat otağında uzanaraq həkim gözləyib, amma...

Bəzən əməliyyatdan sonra bəzi xəstələrin daxilində bint, qayçı, pambıq və ya müxtəlif alətlərin unudulmasını eşitmişik. Amma bu dəfə həkimlər xəstənin özünü unudublar. Qəribə hadisə İstanbulda baş verib.

34 yaşlı Buğra Kiftir adlı şəxs böyrəyindən əməliyyat olmaq üçün dövlət tibb müəssisəsinə üz tutub. Yoxlamalardan sonra o əməliyyata hazırlaşdırılıb və müvafiq otağa aparılıb. Amma həkimlər əməliyyat otağına aparılan xəstənı yaddan çıxarıblar. Saatlarla əməliyyat otağında qalan xəstə həkim axtarışına başlayanda isə əsl şok yaşayıb. Ona həkimlərin iş vaxtının bitdiyi və evə getdikləri deyilib. 

"Mən 5 saat orada yataraq gözləmişəm. Bu əsl qalmaqaldır. Mənim yerimdə yaşlı insan və ya uşaq da ola bilərdi". 

Xəstəxana isə baş verən hadisə ilə bağlı heç bir açıqlama verməyib.