Bakı metrosunda yeni intihar

12 Yanvar, 2018 11:00 | Hadisə | Baxış sayı: 195
Bakı metrosu
Bakı metrosu

70 yaşlı kişi özünü qatarın altına atmaq istədi

Bakı metrosunda intihara cəhd olub. Hadisə 09:18 radələrində  "Qara Qarayev" metro stansiyasında qeydə alınıb. Təqribən 70 yaşı olan ahıl yaşlı kişi özünü  "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən qatarın altına atmaq istəyib.

Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır. 

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə də baş verib. Gənc oğlan özünü hərəkətdə olan qatarın altına atıb. Hadisə "Ulduz" stansiyasında baş verib.  23 yaşlı  Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən qatarın altına atıb. O, yerindəcə ölüb. Mərhumun bədəni iki hissəyə bölünüb.