"Avtoş" Elnarə ukraynalı polisi kapotda sürüdü VİDEO, FOTO

12 Yanvar, 2018 15:20 | Hadisə | Baxış sayı: 896
Elnarə Abıyeva
Elnarə Abıyeva

Azərbaycanlı qız Lvovu bir-birinə qatdı

Azərbaycanlı "avtoş" qız Ukraynanın gündəmi oldu. İstiPress-in məlumatına görə, 26 yaşlı Elnarə Abıyeva Lvov şəhər sakinidir. Qadının adı dəfələrlə yol hərəkəti qaydalarını kobud çəkildə pozduğu, maşını sənədləri olmadan idarə etdiyi üçün polislərə yaxşı tanışdır. Lakin yanvarın 7-də o bütün şəhəri bir-birinə qata bilib. 

İstiPress-in məlumatına görə, yol polisi “Peugeot” avtomobilini tramvay yoluna çıxdığı və əks istiqamətdə idarə etdiyi üçün saxlayıb. Hadisə  General Çuprinka küçəsində baş verib. Polis sənədlərini verməkdən imtina edən sürücü qadının narkotik maddə təsiri altında olduğunu müəyyən edib.

Lvov polisinin rəsmi məlumatına görə, qəfildən gənc xanım qaz pedalına basıb və maşınla müfəttişlərdən birini vuraraq yol kənarına atıb. İkinci polisin də başına eyni hadisə gəlib. Lakin o maşının kapotundan möhkəm tuta bilib. Nəticədə qadın polisin olduğu maşını bir neçə yüz metr idarə edib. "Forsaj"ın səhnəsini xatırladaq yarım kilometrlik bu "səyahət" yoldakı təhlükəsizlik kameralarına da düşüb. 

Bir müddət sonra polis yüksək sürətlə gedən maşının kapotundan yerə düşüb. Abiyeva isə hadisə yerindən qaçıb.

Maşının kimin adına qeydiyyatda olduğunu müəyyən edən polis dərhal bu ünvana gedib. Şahidlərin sözlərinə görə, maşını girişdə bir adın saxlayıb. O, həyəcanla düşərək binaya doğru qaçıb.

Qadının saxlanıb-saxlanması, sonrakı aqibəti barədə isə heç bir məlumat verilmir.  Lakin sosial şəbəkəsini daima yeniləməyindən onun hələ də azadlıqda olduğu, hətta ölkəni tərk belə etdiyini demək olar. "Bəzi "zibilləri" nəzərə almasaq bayram əla keçdi. Həyatı sevin və zibil olmayın", yazan Abıyeva Bakıda çəkdirdiyi fotoları paylaşıb.