Videoblogger Hüseyn Əzizoğlu xəstəxanada (FOTO)

12 Yanvar, 2017 10:45 | Hadisə | Baxış sayı: 58
Hüseyn Əzizoğlu xəstəxanada
Hüseyn Əzizoğlu xəstəxanada

O, sinir pozuntusu keçirib

Məşhur videobloqqer Hüseyn Əzizoğlu xəstəxanaya yerləşdirilib. İstiPress-in məlumatına görə, bu barədə onun anası oğlunun adına olan "İnstagram" səhifəsində məlumat yerləşdirib. 

Ana oğlunun sinir pozuntusu keçirdiyini söyləyib: “Bunu paylaşan Hüseynin anasıdır!!! Sizin yersiz ittihamlarınıza görə Hüseyn ağır sinir pozuntusu keçirib. Hazırda “Semaşko”da nevraloji şöbədə həkim nəzarətindədir. Hüseyni bu vəziyyətə salan öz vicdanı qarşısında və bir ana olaraq mənim qarşımda cavab verəcək.

Hüseyn nə adam tutdurandı, nə də ki, siyasətçi... Gənc aktyordu, videobloqqerdir. Reytinq xətrinə bəzi səhifələr hər alçaqlığa əl atmasınlar. İstədiyinizə çatdız, Allah Hüseynimi qorusun”.

Bloger
Bloger