Türk çavuşu 180 kq narkotik maddə ilə saxlanıldı

12 Yanvar, 2017 12:11 | Hadisə | Baxış sayı: 18
Türk çavuşu 180 kq narkotik maddə ilə saxlanıldı
Türk çavuşu 180 kq narkotik maddə ilə saxlanıldı

Üstünə baxış zamanı ondan odlu silah da çıxıb

Türkiyədə yol polisi Aksaray-Adana yolunda yoxlamaq məqsədilə şübhəli bir avtomobili dayandırıb. Polis qruplarının sənəd soruşması zamanı avtomobilin sürücüsü ordu çavuşu olduğunu bildirib.

İstiPress "CNN Türk"ə istinadən xəbər verir ki, avtomobilin arxasındakı böyük paket polisin diqqətini çəkib. Avtomobildə aparılan axtarış zamanı arxa oturacaqda və yük yerində, 30 kiloqramı toz şəklində olmaqla, 180 kiloqram narkotik maddə aşkarlanıb. Hakkari Dağ Komando Taborunun əməkdaşı olduğunu deyən 27 yaşlı çavuşun üzərinə baxış zamanı 3 ədəd tapança, 3 ədəd daraq, bir ədəd saxta şəxsiyyət vəsiqəsi, 2 ədəd telefon və çox sayda sim kartlar götürülüb.

Onun həmin narkotik vasitələri İstanbula çatdırmalı olduğu şəxs də nəzarətə götürülüb. Hadisə ilə əlaqədar istintaq davam edir.