Qaz sızması partlayışa səbəb oldu

12 Yanvar, 2017 15:21 | Hadisə | Baxış sayı: 29
Bakıda mənzildə partlayış olub
Bakıda mənzildə partlayış olub

Paytaxda yaşayış evində partlayış baş verib, xəsarət alan var

Bakıda yaşayış evində partlayış olub. İstiPress-in məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Nəticədə evdə kirayədə yaşayan, 34 yaşlı İradə Cəfər qızı Quliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.