Prezidentin kürəkəni güllələndi

12 Yanvar, 2017 03:40 | Hadisə | Baxış sayı: 232
Mindiya Qoqoçuri - Gürcüstan Prezidentinin kürəkəni
Mindiya Qoqoçuri - Gürcüstan Prezidentinin kürəkəni

Onun xəstəxanaya çatdırıldığı bildirilir, vəziyyəti barədə məlumat verilmir

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri ötən gün axşam saatlarında paytaxt Tbilisidə silahlı insident nəticəsində yaralanıb.

İstiPress-in məlumatına görə, bu barədə “Rustavi 2” telekanalı hadisənin baş verdiyi yerdən xəbər verib.

Qeyd olunur ki, Mindiya Qoqoçuri açılan atəş nəticəsində azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər əraziyə girişi qadağan edib.

Prezidentin kürəkəninin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.  

Hadisənin təfərrüatı barədə hələlik heç bir açıqlama verilmir və atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Georgi Marqvelaşvili - Gürcüstan Prezidenti
Georgi Marqvelaşvili - Gürcüstan Prezidenti