Bakıda avtobus qəza törətdi: xəsarət alanlar var

12 Yanvar, 2017 15:17 | Hadisə | Baxış sayı: 35
Avtobus qəzası.Arxiv
Avtobus qəzası.Arxiv

3 nəfər xəsarət alıb

Paytaxtın Nərimanov rayonunda sərnişin avtobusunun törətdiyi qəza xəsarətlərlə nəticələnib. İstiPress-in məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 20 saylı "Daewoo" markalı sərnişin avtobusunu idarə edən sürücü 33 yaşlı Təbriz Hüseynovun idarəetməni itirməsi qəzanı qaçılmaz edib. Avtobus yol kənarındakı hasara çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 23 yaşlı Qənirə Məmmədzadə, 26 yaşlı Aişə Rəsulova və 66 yaşlı Xuraman Cabbarova xəsarət alablar. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılıblar. 

Qəzanın baş vermə səbəbləri Baş Dövlət Yol polisi idarəsinin əməmkdaşları tərəfindən aparılan araşdırmalardan sonra məlum olacaq.