Bakıda 48 yaşlı kişi intihar edib

12 Yanvar, 2017 11:06 | Hadisə | Baxış sayı: 15

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil

Bakıda 48 yaşlı kişi intihar edib.

İstiPress-in Nərimanov rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanındakı sahibsiz tikililərin birində baş verib. Bu barədə polisə ətrafda yaşayan sakinlər tərəfindən məlumat verilib.

Əraziyə polis və prokurorluq əməkdaşları gəlib və müayinələr aparılıb. Müəyyən edilib ki, həmin şəxs paytaxt sakini 48 yaşlı Azər Süleymanovdur. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla əlaqədar istintaq araşdırmaları aparılır.