AZAL Gəncəyə uçuşları dayandırdı

12 Yanvar, 2017 11:28 | Hadisə | Baxış sayı: 31

Reysin bağlanması sərnişinlərin narazılığına səbəb olub

Bakı-Gəncə- Bakı aviareysləri üzrə uçuşlar ləğv edilib.

İstiPress-in məlumatına görə, bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat verib. Onlar ölkənin ikinci böyük şəhərinə uçuşların dayandırılmasına etiraz edirlər. Bildirirlər ki, uçuşların ləğv edilməsinin səbəbi barədə AZAL açıqlama vermir.

AZAL Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski isə bildirib ki, kommersiya ilə bağlı səmərəli olmadığı üçün yanvarın 9-dan etibarən bu istiqamətdə uşuşların ləğv edilməsinə qərar verilib.