50 minim var deyən azərbaycanlının üstündən 500 min rubl çıxdı

12 Yanvar, 2017 12:12 | Hadisə | Baxış sayı: 32
Rus rublu
Rus rublu

Rusiyaya gedən şəxs gömrük bəyannaməsində səhv məlumat verib

Azərbaycandan Rusiyaya gedən şəxsin üzərindən 50 min (tərqibən 1500 manat) əvəzinə 500 min rubl (təqribən 15 min manat) çıxdı. Gömrük Komitəsinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiyaya gedən Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Onun üzərində şəxsi yoxlama aparılıb. Adı açıqlanmayan şəxs yoxlamadan əvvəl gömrük bəyannaməsində üzərində 50 min Rusiya rublu olduğunu qeyd edib. Lakin yoxlama zamanı 50 minin əvəzinə 500 min Rusiya rublu aşkar edilib.

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə də baş vermişdi. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən azərbaycanlının üzərindən 1 milyon 150 min rubl aşkar edilmişdi.