Türkiyədə 32 dəqiqədə 4 güclü zəlzələ

11 Dekabr, 2019 09:16 | Hadisə | Baxış sayı: 69
Zəlzələdən sonra küçəyə çıxan insanlar
Zəlzələdən sonra küçəyə çıxan insanlar

Təkanlar İstanbul, İzmir, Bursa və başqa iri şəhərlərdə də hiss edilib

Türkiyə bu gecədə silkələnib. İstiPress-in Tükiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu gecə ard-arda təkanlar Balıkesirdə meydana gəlib. 32 dəqiqə ərzində 4 güclü zələzlə baş verib. Təkanların gücü 5 - 4.3 bal arası olub. 

Balıkesirdəki təkanlar İstanbul, İzmir, Bursa və Manisada da hiss edilib. Təbii fəlakət nəticəsində təlafat və dağıntı olmasa da, əhali təşvişlə küçələrə axışıb. 

Təkanlardan sonra 20-yə yaxın insan xəstəxanaya müraciət edib. Onların əksəriyyəti zəlzələdən sonra həyəcanlanaraq huşlarını itirib və ya təşvişlə evdən çıxarkən zədələniblər. 

Qeyd edək ki, bu gecə Yunanıstanda da zəlzələ baş verib. Egey dənizi sahili ərazilərdə qeydə alınan təkanların gücü 5,1 bal olub.