Qadın piyadanı avtomobil vurub öldürdü

11 Dekabr, 2019 15:40 | Hadisə | Baxış sayı: 59
Təcili yardım maşını
Təcili yardım maşını

Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, qadın piyadanı yolu keçmək istəyərkən avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.