Bakının məşhur massivində avtomobil qadını vurub öldürdü

11 Dekabr, 2019 16:19 | Hadisə | Baxış sayı: 123
Piyada ölümü (Arxiv)
Piyada ölümü (Arxiv)

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb

Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.