Rusiyada azərbaycanlı qadınlar qəzaya düşdü

11 Noyabr, 2019 15:58 | Hadisə | Baxış sayı: 86

“Lexus” markalı avtomobil yol kənarında dayanmış “Nissan Atlas” markalı maşına çırpılıb

Rusiyanın Xarabrovsk bölgəsinin Trexqornoy küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress rus mətbuatına istinadən bildirir ki, qəza zamanı “Lexus” markalı avtomobil yol kənarında dayanmış “Nissan Atlas” markalı maşına çırpılıb. Nəticədə “Nissan”da olan iki qadın xəsarət alıb. Onların Azərbaycan vətəndaşı olduğu bildirilib. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, qəzaya səbəb “Lexus”un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb.