Həkimlər briqadası çatmamış qısa zamanda dünyasını dəyişib
Masallıda bir fəhlə digər fəhlənin boğazını kəsərək öldürüb.
İstiPress-in məlumatına görə, Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna vətəndaşı Quliyev Bəhruz Əliheydər oğlunun boğazını kəsib.
Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən B.Quliyev qısa zamanda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib
Hadisə gecə saatlarında baş verib
Üç nəfər ağır yaralandı
27 yaşlı qadının meyiti aidiyyəti üzrə təhvil verilib