Qusarda sürücü piyadanın ölümünə səbəb oldu

11 Noyabr, 2017 08:33 | Hadisə | Baxış sayı: 160
Piyada ölümü
Piyada ölümü

Gənc sürücü yaralını xəstəxanaya çatdırmaq istəsədə o ölüb

Qusarda ölümlə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, gecə saat 23 radələrində Qusar rayonunun Kuzunqışlaq kəndində piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Kuzunqışlaq kənd sakini, 26 yaşlı Zamir Akim oğlu Sərkarov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, rayonun Zindan Muruqqışlaq kənd sakini, 49 yaşlı Heydər Feyzulla oğlu Eldarovu vurub. Sürücü Zamir Sərkarov yaralı piyadanı öz maşını ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırmaq istəsə də Heydər Eldarov aldığı xəsarətlərdən yolda keçinib.

Hadisə yerinə Qusar polis şöbəsinin yol və istintaq bölmələrinin əməkdaşları gəlib. Faktla bağlı Qusar polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, piyadanın hansı şəraitdə vurulduğu açıqlanmır.

Sürücünün və piyadanın sərxoş olub-olmadıqları  araşdırılır.