Azərbaycanlı milyarder haqqında həbs qərarı verildi

11 Noyabr, 2017 14:07 | Hadisə | Baxış sayı: 279
Telman İsmayılov - müflis olmuş milyarder
Telman İsmayılov - müflis olmuş milyarder

AST Telman qətl təşkilatçılığında ittiham edilir

Azərbaycanlı iş adamı, Rusiyanaın bir neçə il öncə bağlanan "Çerkizov" bazarının keçmiş, Türkiyədəki "dünyanın ən lüks oteli"nin sahibi  Telman İsmayılovun barədə həbs qərarı verilib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, qərar Moskvanın Basman məhkəməsi tərəfindən qəbul edilib. 

İş adamının vəkili Marina Rusakovanın verdiyi məlumata görə, bu qərar onun adının iki qətlin təşkilatçılığında hallanması ilə bağlıdır. "Məhkəmə həbslə bağlı qiyabi qərar verib. Artıq qərardan şikayət verilib. Şikayətə noyabrın 15-də baxılacaq". 

Vəkilin iddiasına görə, İstintaq Komitəsi nə onu, nə də müdafiə etdiyi şəxsi ittiham irəli sürülməsi və məhkəmə iclası barədə xəbərdar etməyib. "İstintaq ona çağırış göndərməli idi. Yaxşı ki, məhkəmədə təyin edilən vəkil olub və o qərardan apellyasiya şikayəti verib. Yoxsa biz bu barədə qərar qanuni qüvvəyə minəndə xəbərdar olardıq".  

Rusakova qeyd edib ki, T.İsmayılov hazırda Rusiyada deyil.

Xatırladaq ki, qətllərlə bağlı daha öncə iş admının qardaşı Rafiq İsmayılov həbs edilmişdi. O, Vladimir Vavkin və Yuri Brilyayevin güllələnməsində ittiham edilirdi.