Azərbaycanda qəza - 1 nəfər öldü

11 Noyabr, 2017 18:28 | Hadisə | Baxış sayı: 165
VAZ 21074  markalı avtomobil
VAZ 21074 markalı avtomobil

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, noyabrın 10-da saat 19 radələrində Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini Fərhad Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.