Türkiyədə azərbaycanlı iş adamına qarşı insanlıq dərsi

11 Oktyabr, 2018 12:35 | Hadisə | Baxış sayı: 105
"Uber"ə rəqib gəlir
"Uber"ə rəqib gəlir

Sürücü ticarətlə məşğul olan adamın pullarını tapdı və...

Türkiyədə taksi sürücü insanlıq dərsi verib. O, idarə etdiyi UBER taksisində müştərinin unutduğu 10 min dolları sahibinə qaytarıb. 

Məlumata görə, külli miqdarda pul adı Tahir Əhmədov adlı azərbaycanlı iş adamına məxsus olub. O, taksidən düşərkən pencəyini və cibindəki pulları unudaraq maşında qoyub. Yoluna davam edən, bir müddət sonra müştərinin geyimini görən sürücü dərhal onu axtarmağa başlayıb. 

Sürücü ilə görüşən iş adamı pulların ona qaytarılmasından təccübləndiyini də gizlətməyib. "İstanbulda belə hadisənin başıma gələ biləcəyi heç ağdımdan belə keçməmişdi. Ticarətlə məşğul olduğum üçün pullar üzərimdə idi. Bu zamanda belə vicdanlı insanların olmağı məni sevindirdi".