"Soyuz" raketinin buraxılışı zamanı qəza oldu VİDEO

11 Oktyabr, 2018 14:33 | Hadisə | Baxış sayı: 91
"Soyuz" raketinin buraxılışı zamanı qəza
"Soyuz" raketinin buraxılışı zamanı qəza

Raketin göyərtəsində rusiyalı Aleksey Ovçinin və ABŞ təmsilçisi Nik Heyq olub

Qazaxıstandakı Baykonır poliqonundan Beynəlxalq Kosmik Stansiyasına doğru Rusiyaya məxsus “Soyuz” raketinin buraxılışı zamanı daşıyıcıda qəza baş verib.

“Soyuz MS-10” raketinin göyərtəsində Beynəlxalq Kosmik Stansiyası-57/58 missiyasının üzvləri olan rusiyalı Aleksey Ovçinin və ABŞ təmsilçisi Nik Heyq olub.

Rusiya mətbuatının məlumatına görə, heyət üzvləri Qazaxıstanda qəzalı eniş ediblər. NASA onların vəziyyətinin yaxşı olduğunu açıqlayıb. 

İlkin məlumata görə, qəza ilk ayrılmadan sonra baş verib.  Bu "Soyuz"un 1975-ci ildən bu yana baş verən ilk qəzasıdır.