Bakıda məktəbdə şok - 3-cü sinif şagirdi...

11 Oktyabr, 2018 14:04 | Hadisə | Baxış sayı: 265
İntihar
İntihar

Azyaşlı tənəffüs zamanı 3-cü mərtəbəyə qaçaraq özünü pəncərədən atmaq istəyib

Bakıdakı 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Şagird tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. 

Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil. Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır:

"Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər".