Azərbaycanın məşhur aktyoruna ağır itki

11 Oktyabr, 2018 10:55 | Hadisə | Baxış sayı: 377
Yas çadırı
Yas çadırı

İş adamı Antaliyada qəzaya uğrayaraq ölüb

Əməkdar artistə ağır itki üz verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qubada yaşayan əməkdar artist Məcnun Hacıbəyovun iş adamı olan bacısı oğlu Mətləb İmaməliyev qəzada həlak olub. İş adamı Türkiyədə yaşayıb, qəza da məhz orada baş verib.

"Bacım oğlu Mətləb Türkiyədə avtomobil qəzasında ölüb. 52 yaşı vardı. O, Antaliyada yaşayıb, işləyirdi. Bacım da cavan dünyadan köçmüşdü - 29 yaşında".

Məcnun Hacıbəyov bildirib ki, bacısı oğlunun ailəsi Sumqayıt şəhərində yaşayır, onun 2 qızı var.

Hazırda mərhum Mətləb İmaməliyevin cənazəsinin Azərbaycana gətirilməsi üçün Türkiyədə lazımi sənədləşmə işləri aparılır. Mərhum Qubanın 2-ci Nügədi kəndində dəfn ediləcək.