Tərtərdə kişi arvadını döydü - Hər iki qolunu sındırdı

11 Oktyabr, 2017 18:16 | Hadisə | Baxış sayı: 112
Qadına qarşı zorakılıq (arxiv)
Qadına qarşı zorakılıq (arxiv)

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Tərtərdə kişi arvadını döyərək ağır xəsarətlər yetirib.

İstiPress "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb.

Belə ki, rayon sakini Etibar Həsənov həyat yoldaşı 52 yaşlı Həsənova Kmalə İsmayıl qızını küt alətlə döyüb. Ağır bədən xəsarətləri alan qadının hər iki qolu da sınıb.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Polis faktla bağlı araşdırma aparır.