Azərbaycanda sevgi dramı - Qusarda 17 yaşlı qız özünü qayadan atdı YENİLƏNİB

11 Oktyabr, 2017 12:55 | Hadisə | Baxış sayı: 1260
Qayalıq ərazi
Qayalıq ərazi

Qızın özünü çaya atmasının bəzi təfərrüatları bilindi

Qusarda 17 yaşlı qızın özünü öldürməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumata görə, yeniyetmə qızın ailəsi onun sevdiyi gənclə ailə qurmasına imkan verməyib. İddiaya görə, ailə qızlarını başqa bir şəxslə evləndirmək istəyib. Məhz buna görə də Nurlanə evdən qaçaraq özünü qayalıqdan atıb. 

Qızın valideynləri isə Qusar prokurorluğunda ilkin ifadələrində bildiriblər ki, qızlarının  kimisə sevməsindən xəbərsiz olublar.

17 yaşlı yeniyetmə bu gecə özünü Qusar şəhərindəki MM restoranınının arxasındakı 10 metr hündürlüyü olan qayalıqdan Qusarçaya atıb. Güman ki, qızın başı çaydakı iri daşlara dəydiyindən dərhal ölüb.

Meyiti görən şahidlər dərhal polisə məlumat veriblər. Gecə qızlarının evdə olmadığı görən valideynlərdə DİN-nin "102" xidmətinə zəng ediblər.

Faktla bağlı araşdırma davam edir.  

SAAT 09:09

Qusar şəhərində bu gecə intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, şəhər sakini, 17 yaşlı Nuranə Atluxanovanın gecə saat 02-radələrində şəhərin yuxarı hissəsindəki qayalıq ərazidən meyiti tapılıb. Onun özünü hündür qayalıqdan Qusar çayına ataraq intihar etdiyi bildirilir.

17 yaşlı qızın meyidini Qusar polis şöbəsinin əməkdaşları Qusar çayın içərisindən bir neçə saatdan sonra çətinliklə çıxara biliblər.

Hadisə yerində polis və prokurorluq əməkdaşları işləyib. 17 yaşlı qızın özünə qəsd etməsi ilə bağlı bir neçə versiya var. Bu versiyaları Qusar rayonunun hüquq -mühafizə orqanları araşdırır.

Faktla bağlı CM-nin 125-ci maddəsilə cinayət işi açılıb. Əlavə məlumat veriləcək.