21 evi qarət edən dəstə üzvləri tutuldu

11 Oktyabr, 2017 14:46 | Hadisə | Baxış sayı: 53
Bakıda mənzildən oğurluq edilib
Bakıda mənzildən oğurluq edilib

Üç ayda 21 oğurluq

Paytaxtda evləri qarət edən dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) İstiPress-ə verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.