Yaralaılar arasında azyaşlı uşaqlar da var
Gəndab-Yalama yolunun Xaçmazın Nərəcan kəndindən keçən hisdəsində bir ailənin bütün üzvlərinin yaralanması ilə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, "Qazel" markalı avtomobillə Qəhrəman Qasımovun idarə etdiyi "VAZ-21 015" markalı avtomaşın toqquşub.
Nəticədə Siyəzən rayon sakinləri - 56 yaşlı Tofiq Məmmədrza oğlu Axundov, 31 yaşlı Raziyə Behbut qızı Axundova, 2 yaşlı Nilay və 5 yaşlı Nuray Mahir qızı Axundovalar, Xaçmaz rayonunun Bostançı kənd sakini, 20 yaşlı Allahverdi Beyhut oğlu Beyhutov Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar.
Onlara ilk yardım göstərilir. Qəzanın səbəbi bilinmir.