"Qarabağ"ın ulduzunun evi soyuldu

11 Sentyabr, 2019 15:38 | Hadisə | Baxış sayı: 93
Mahir Emreli
Mahir Emreli

Mahir Emrelinin evindən 60 min aparılıb

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. /report/