Qadın həm özünün, həm də palata yoldaşının uşağını eyvandan atıb
Özbəkistanda doğum evlərindən birində baş verən hadisə bütün ölkəni şoka salıb. Namanqan vilayətində yeni ana olan qadı 2 körpəni eyvandan yerə atıb.
Polisin məlumatına doğum evinin arxa həyətində ağır bədən xəsarətləri ilə ikiyenidoğulan qız uşağı tapılıb. Onlar dərhal reanimasiyaya yerləşdiriliblər. Lakin buna baxmayaraq körpələri xilas etmək mümkün olmayıb.
"Araşdırma çərcivəsində bəlli olub ki, bu cinayəti xəstəxanada yatan qadınlardan biri törədib. O, qızının ayağında qüsurla doğulmasından məyus olub. Bu yolla sağlamlıq problemi olan uşaqdan bir dəfəlik canını qurtarmaq istəyib. O, ikinci mərtəbənin eyvanından həm özünün, həm də onunla eyni palatada yatan qadının uşağını atıb", deyə Baş prokurorluğun məlumatında qeyd edilir.
1996-cı il təvəllüdlü adı açıqlanmayan qadın bu yolla cinayət şübhəsini özündən uzaqlaşdırmaq istəyib.