Azərbaycanın məşhur ekspertinə ağır itki

11 Sentyabr, 2019 14:43 | Hadisə | Baxış sayı: 187
Eyyub Hüseynov
Eyyub Hüseynov

Həkim qızı xərçəng xəstəliyindən öldü

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib. Bu barədə "Sputnik"ə E.Hüseynovun özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib.

E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində aşkarlanmış xərçəng xəstəliyinə görə müalicə alırmış.

O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: "Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm".