Yaşlı kişi taksidə gedərkən öldü

11 Sentyabr, 2018 19:52 | Hadisə | Baxış sayı: 206
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Mərhumun ürək xəstəliyindən əziyyət çəkdiyi deyilir

Quba şəhərində bədbəxt hadisə baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, şəhər sakini, əslən Qusarın Tahircal kəndindən olan 72 yaşlı Rafiq Abgül oğlu Şabanov Quba şəhərinin ərazisində taksidə gedərkən ölüb. Mərhumun ürək xəstəliyindən əziyyət çəkdiyi deyilir, bu səbəbdən keçindiyi bildirilir.

Hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.