Roma Papası yaralandı

11 Sentyabr, 2017 14:55 | Hadisə | Baxış sayı: 126
Roma Papası Fransisk
Roma Papası Fransisk

Onun səhhətində ciddi problem olmadığı bildirilir

Roma Papası Fransisk zədələnib. İstiPress bu barədə "Guardian"-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Kolumbiyaya apostol səfəri zamanı baş verib. Papa Fransisk, Kartaxena şəhərində mindiyi avtomobildə tarazlığını qoruya bilməyib və alın nahiyyəsi pəncərəyə dəyib.

Nəticədə Papanın qaşı yarılıb. Lakin onun səhhətində ciddi problem olmadığı bildirilir.