Kişi uşaqlarının gözü önündə arvadının ayağını kəsdi

11 Sentyabr, 2017 13:42 | Hadisə | Baxış sayı: 132
Xəncər
Xəncər

O arvadını xəyanətdə ittiham edib

Kişi arvadının ayağını xəncərlə kəsdi. İstiPress-in məlumatına görə, qandonduran hadisə İndoneziyada baş verib.

Hadisə Bali adasında yaşayan Kadek Adi Vaysaka Putra adlı şəxsin ailəsində olub. Adıçəkilən kişi arvadı ilə mübahisə edib. O, həyat yoldaşını ona xəyanətdə ittiham edib. 

Mübahisə zəminində o evdəki xəncəri götürərək öz övladlarının gözü qarşısında analarına zərbə endirib. Nəticədə onun sol pəncəsi kəsilib. 

Törətdiyi hadisədən sonra kişi dərhal qadını xəstəxanaya aparıb. Lakin onun ayağını xilas etmək mümkün olmayıb. Bundan bqşa qadının sağ ayağı da qırılıb. 

Hadisəni törədən kişi həbs edilib. İndi onu 10 ilə qədər həbs cəzası gözləyir.